24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Rio-2016: İdmançımız finala yüksəldi

Rio-2016-da bu gün kayak yarışlarına start verilib. Futbolxeber.az saytının məlumatına görə, bu növdə Azərbaycanı Olimpiya və dünya çempionu İnna Osipenko-Radomskaya təmsil edir.

34 yaşlı idmançı Rioda ilk cəhdində 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə seçmə yürüşünə qatılıb. Kayaçımızın təsnifat mərhələsində rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və CAR təmsilçisi Bricit Ellen Hartli olublar. Təcrübəli Osipenko-Radomskaya yürüşü 1-ci pillədə başa vuraraq, yarımfinala yüksəlib. Finişə 40,702 saniyəyə çatan milliləşən ukraynalı təsnifat mərhələsinin 28 iştirakçısı arasında isə 5-ci nəticəni göstərib.

İnna yarımfinalda ikinci yürüşdə iştirak edib və 4-cü zolaqda yer alıb. Kayakçımızın rəqibləri argentinalı Sabrina Amegino, avstriyalı Viktoriya Şvarts, macarıstanlı Nataşa Duçev-Yaniç, fransalı Sara Quyo, sloveniyalı Spela Ponomarenko Yaniç, çinli Yu Ju və danimarkalı Henriet Hansen olub. Bu dəfə də idmançımız finişə birinci çatıb. O, 39,803 saniyəlik göstərici ilə finala vəsiqə əldə edib.

Ən güclü 8 kayakçının iştirakı ilə həlledici yürüş sabah saat 16:47-də başlayacaq.

Qeyd edək ki, Ukrayna yığmasının heyətində Pekin-2008-də qızıl, London-2012 də 2 gümüş və Afina-2004-də bürünc medal qazanan Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə də iştirak edəcək. Bu yarış isə avqustun 17-də start götürəcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30