20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Rio-2016: Rövşən Bayramov medalsız qaldı

Rio Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Futbolxeber.az saytının  59 kq-da Yunan-Roma güləşində Rövşən Bayramov 1/8 finalda venesuellalı Rayber Xose Rodrigeslə qarşılaşıb. Rəqibini 8:0 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala adlayıb.

Bayramovun ikinci rəqibi ABŞ təmsilçisi Cessi Tilke olub. Rəqibinə vaxtından əvvəl qalib gələn Bayramov yarımfinala vəsiqə qazanıb.

Finala gedən yolda güləşçimiz yaponiyalı Şinobu Ota ilə üz-üzə gəlib. Təəssüf ki, ani diqqətsizliyə yol verən Rövşən Bayramov məğlubiyyətlə üzləşib. Bununla da son 2 olimpiada da ikinci olan güləşçimizin çempion olmaq arzusu bu dəfə də reallaşmayıb.

Finaldan kənarda qalan Bayramov heç bürünc medal da qazana bilməyib. Üçüncü yer uğrunda görüşdə güləşçimiz norveçli Stiq Andre Berqeyə uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30