18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Elmar Qasımov: “Finaldakı rəqibim dəhşətli dərəcədə güclü deyildi”

"Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan cüdoçusu Elmar Qasımov (100 kq) çexiyalı Lukas Krpaleklə final qarşılaşmasından sonra deyib.

- Olimpiya mükafatçısı olmağın münasibətilə səni təbrik edirik. Görüşlərin necə keçdi?

- Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi. O, üstümə var gücü ilə gəldi. Bilirdi ki, 2-3 dəqiqə ərzində nəsə edəcəyi təqdirdə, məndən üstün ola bilər. O görüşdə var gücümlə vuruşdum. Ayaqlarımda ağrılar, əzələlərimin dartıldığını hiss etdim.

- Bu rəqibi 2009-cu ildə İrəvanda 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatının finalında məğlub etmişdin. Həmin görüşdəki rəqiblə indiki arasında hansı fərqi görürsən?

- Eyni rəqibdir. Sadəcə, yaşımız artıb. Təbii ki, məndən daha çox artırıb. O görüşdən sonra bir neçə dəfə üz-üzə gəlmişik. Bir dəfə Avropa çempionatının, başqa vaxt isə "Masters" turnirinin finalında görüşmüşdük. Amma üstünlük məndə idi. Çünki daha çox mən qalib gəlmişdim. Amma hazırda elə də dəhşətli dərəcədə güclü deyildi. Digər tərəfdən, yarımfinal və final görüşləri arasında elə də böyük fərq yox idi. Bu da özünü həlledici görüşümdə büruza verdi.

- Hazırda jurnalistlər sənin valideynlərinlə birgədirlər. Buradan Azərbaycana, valideynlərinə hansı mesajları verə bilərsən?

- Təkcə bu nəticəyə görə yox, bütün nəticələrimə görə atama borcluyam. Məni o idmana qoyub, 2007-ci ildə ölkə miqyasında yer tutanadək çox dəstək verib. Atam dəstək olub, anam da həmçinin.

- Avqustun 12-də Azərbaycanın cüdo növündə sonuncu təmsilçisi Uşangi Kokauri tatami üzərinə çıxacaq. Ondan nə gözləyirsən?

- Kokaurinin çıxış etdiyi 100 kq-dan yuxarı çəkidə bir idmançı var ki, 2008-ci ildən sonra cəmi 2 dəfə uduzub. Kokaurinin çempionluq şansları azdır, amma yer tuta bilər.




Ad: ceyhun elekberov;   E-mail: [email protected]

12.08.2016 20:55

Bir gumus aliriq ona biz sevinirik.Nece gundur olimpiyadaya baxiram demek olarki bizim idmancilrimiz cox zeif cixis edir. Vallah yaxsi ki gulescilerimiz var yene nese elese onlar edecek bele baxiram hec onlarada umid yoxdur. O ki qaldi Elmar Qasimova vallah final doyusunu ele basa verdiki elebil yola verdi. Men bir azeri vetendasi kimi fikirlesiremki onlara verilen mebleg heddinden artiq coxdur. Bugun gumus medali alan idmanciyada gumus bes ederki gelsin vetenine ozune biznes qursun. Cunki bizim idmancilardan hele biri olmayibki ikinci defe olimpiya cempionu olsun. Neyine lazimdirki gelenden sonra verilen mukafat ona bes edir ve marag qalmir idmanla mesgul olmaq. Bax budur bizim bedbaxciligimiz.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30