Digər idman növləri
Rüstəm Orucovun atası: “Valerian” içməkdən qutularının hamısını boşaltmışdıq”
Rio Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasına ilk medalı qazandıran Rüstəm Orucovun atası Fəzail Orucovun müsahibəsi
- Oğlunuz Rioda Azərbaycan yığmasına ilk medalı qazandırdı. Təəssüratlarınız necədi?
- Bəli, oğlum Olimpiadada Azərbaycan yığmasına ilk medalı qazandırdı. Bununla fəxr edirəm. Bu medalı təkcə mən yox, bütün Azərbaycan gözləyirdi. Çox sağ olsun.
- Ondan bu nəticəni gözləyirdizmi, yoxsa Rüstəm Olimpiadaya “qızıl” üçün yollanmışdı?
- Açığı, Rüstəm Braziliyaya çempionluq, medal üçün getmişdi. Təbii ki, “qızıl” olsaydı, daha yaxşı olardı. Demişdi ki, avqustun 22-də medalla qayıdacağam.
- Yəqin ki, artıq oğlunuzu təbrik etmisiz. Maraqlıdı, ona nələr dediz?
- Dedim ki, Allah canını sağ eləsin, xoşbəxtik ki, bizə bu gözəl həyəcanları yaşatdın. Dedim, sıxılma, ikinci yer də “qızıl”a bərabərdi. İnşallah, buraxdığın səhvləri düzəldib, gələcəkdə onunla yenidən qarşılaşacaq və qalib gələcəksən.
- Rüstəmin görüşlərini necə və harada izləyirdiz?
- Evdə ailə üzvləri ilə birgə izləyirdik. Anası, həyat yoldaşı və mən idim. Təəssüf ki, ilk iki görüşünə baxa bilmədik, çünki canlı yayımlamadılar. Amma yarımfinal və final döyüşlərini izlədik.
- Sizin üçün onun hansı döyüşü daha çətin keçdi?
- Bizim üçün ən həyəcanlı görüş yarımfinal qarşılaşması idi. Çünki orda medalın taleyinə aydınlıq gəlirdi. Məğlub olsaydı, medal qazanmaq şansı daha da azalacaqdı. Belə olsaydı, bürünc medal üçün Olimpiya çempionu olan gürcüstanlı Laşa Şavdatuşviliyə qarşı mübarizə aparacaqdı. Amma israilli Sagi Muki yarımfinalda məğlub edəcəyi halda ən azı gümüş medalı təmin edəcəkdi. Bu üzdən də həmin döyüş bizim üçün daha həyəcanlı keçdi. Şükürlər olsun ki, qələbə qazandı.
- Rüstəmin qarşılaşmaları zamanı anası, həyat yoldaşı, yoxsa siz daha çox həyəcan keçirirdiz?
- Heç özümüzə yer tapırdıq ki? “Valerian” içməkdən qutularının hamısını boşaltmışdıq. Bu hissləri izah etmək mümkün deyil, yaşamaq lazımdı.
- Medal qazandıqdan sonra evinizə təbrikə gələnlərin sayı çoxdumu?
- Dost-tanış, qohum-əqraba hamısı təbrik etdi. O, bu medalı təkcə valideynləri üçün deyil, bütün Azərbaycan üçün qazanıb.
- Sizcə finalda yaponiyalı cüdoçuya nədə uduzdu?
- Açığı deyim ki, yaponiyalı idmançı bu çəkinin ən güclüsü idi. İki dəfə dünya çempionu olub. Uduzmayan idmançıdı. Rüstəm onunla iki dəfə qarşılaşıb, hər ikisində uduzub. Birinci dəfə Fransada “Böyük dəbilqə” turnirinin finalında üz-üzə gəlmişdilər. Sizi inandırım ki, hələ burda olanda bizə deyirdi ki, finalda yaponla düşəcəm. O, bunu hiss edirdi. Hissiyyatı onu aldatmadı. Etiraf etmək lazımdı ki, Ono Şohei güclü idmançı idi. Hazırkı gündə həmin çəkidə ona rəqib yoxdu. Düzdü, Rüstəm də zəif idmançı deyil. Finalda da ona qarşı pis güləşmədi. Sadəcə idmandı. Psixoloji cəhətdən kim bir az yaxşı hazırlaşırsa, qələbəni qazanır. Yəqin ki, yaponiyalı bir addım irəlidə idi.
- Onun “gümüş” qazanmasına çox sevindiz, yoxsa “qızıl”ı əldən verməsinə üzüldüz?
- Mən üzülmədim. Olimpiadanın hər medalı “qızıl”a bərabərdi, tarixə düşürsən. Əlbəttə, bu, onun üçün böyük nailiyyətdi. Adını Azərbaycanın cüdo tarixinə yazdırdı.
- Fikirləşmirsiz ki, bəlkə də valideynləri Rioda olsaydı, onda əlavə ruh yüksəkliyi yaranardı?
- Yox, mənə elə gəlir ki, Rüstəm tam hazır idi. Sadəcə, yapon bir balaca ondan üstün idi. Bir valideyn kimi bunu etiraf edirəm.
- Oğlunuz yarışdan sonra onu cüdo bölməsinə yazdırdığınız üçün sizə və anasına minnətdarlıq edib. Onu başqa idman növünə deyil, məhz cüdoya yazdırmağınızın səbəbi nə olmuşdu?
- Onun fəallığı, hərəkətli olmağı səbəbindən cüdonu seçdik ki, bütün enerjisini sərf etsin. Bunun üçün ən yaxşı idman növlərindən biri cüdo idi. Enerjisini sərf etdikcə də nailiyyətlər qazanırdı.
- Rüstəm İrkutskda anadan olub və idmanın sirlərini orda yiyələnməyə başlayıb. Həmin dövrü necə xatırlayırsız?
- Bəli, o, Rusiya məktəbi keçib, ilk addımlarını orda atıb. 8 yaşından cüdo bölməsinə yazdırmışam. Məşq elədiyi zalda hazırda onun böyük şəklini asıblar. Rüstəm haqda İrkutskda yazılar yazılıb, verilişlər hazırlanıb. Deyirdilər ki, o, bizim yetirməmizdi. Veriliş Kazanda keçirilən Avropa çempionatında Rüstəmin qızıl medal qazanmasına həsr olunmuşdu. Rusiyada yeniyetmələr arasında vilayət yarışlarının qalibi idi. Həmin medallar hazırda da evdə durur. Artıq 11 ildi ki, Bakıya köçmüşük.
- Rüstəmin uşaqlığı ilə bağlı nə deyə bilərsiz? Sakit, yoxsa dəcəl olub?
- Elə dəcəl uşaq deyildi, sadəcə, çox aktiv idi. Mərdimazarlıq edən uşaq olmayıb. Bacarığı ilə seçilib. Özünü ora-bura vuran olsa da, dalaşqan olmayıb.
- Əksər idmançılar təhsili ikinci plana atırlar. Rüstəm də eyni addımı atmışdı?
- Məktəbdə pis oxumurdu. Sadəcə, burda onun şəxsi məşqçisi, Azərbaycan yığmasının çalışdırıcısı Fərhad Məmmədov mənə dedi ki, bu uşağı idmandan ayırma.
- Sizin nəsildə başqa idmançı varmı, yoxsa Rüstəm ilkdi?
- Bəli, var. Bu ənənəni də davam etdirmək istəyirik. Gələcək uşaqlarımıza, nəvələrimizə bunu aşılamaq istəyirik. Sumqayıtda Rəcəblilər nəsli olduğu kimi, istəyirik idmanda Orucovlar nəsli də olsun.
- Rüstəm Olimpiadanın gümüş medalçısı kimi dövlət tərəfindən pulla da mükafatlandırılacaq. Bunu hara xərcləməyi planlaşdırırsız?
- Bu barədə heç fikirləşməmişik. Mənə ən vacibi onun medal qazanması, yer tutması idi.
Mənbə: apasport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək