19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Ukraynalı boksçu: “Teymur Məmmədov əlləri ilə məni “toxuyurdu”

“Teymur Məmmədovla 1/16 final döyüşüm haqda indi nəsə deməyim çətindi. Çünki özüm də rinqdə idim. Evə qayıdım, hazırda Ukraynada olan şəxsi məşqçimlə əlaqə saxlayıb, onunla birgə qarşılaşmanı təhlil edəcəyik. Məhz o rinqdə nə düzgün, nəyi səhv etməyimə qərar verəcək”. Futbolxeber.az saytının məlumatına görə, bunu ukraynalı boksçu Denis Solonenko (81 kq) deyib.

24 yaşlı idmançı Rio Olimpiadasında Azərbaycan yığmasının boksçusu Teymur Məmmədovla döyüşü şərh edib. O bildirib ki, həmyerlimizə qarşı döyüşmək heç də asan olmayıb: “Mənə elə gəlir ki, rəqibin imkan verdiyi qədər döyüşdüm, ona təzyiq etməyə, müdafiəsini sındırmağa çalışdım. Amma Məmmədov da asan rəqib deyildi. O, əllərinin uzun olması kimi üstünlüyündən çox məharətlə istifadə edirdi. Sanki bu əllərlə məni “toxuyurdu”. Qələbə üçün hər şey etdiyimi də deməzdim. Hakimlər belə qərar verib ki, mən də onları mühakimə etməyə haqqım yoxdu. Bu onların işidi. Mənim işim isə döyüşməkdi” (apasport.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30