28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Boksçumuz: “Rio-da qələbə qazansam, karyeramı başa vurmağı planlaşdırıram”

"Rio-de-Janeyro Olimpiya Oyunlarında maksimal vəzifə qoyulub - 60 kq-a qədər çəki dərəcəsində qızıl medalı qazanmaq: qələbə zirvədə idman karyerasını başa vurmağa imkan verəcək”. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu azərbaycanlı boksçu Albert Səlimov deyib.

"Hazırlıq səviyyəm yaxşıdır, düşünürəm ki, döyüşlərə optimal formada başlayacam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, mən özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yeri hədəf tutmuşam. Mənim vəzifəm - qızıl medalı qazanmaqdır və  Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram", - A.Səlimov bildirib.

İdmançının fikrincə, əldə edəcəyi uğur  zirvədə idman karyerasını başa vurmağa imkan verəcək.

"Mən boksa o qədər əmək vermişəm, karyeram ərzində başıma çox işlər gəlib və buna görə də onu maksimum dərəcə ilə başa vurmaq istəyirəm. İndi özümü əla hiss edirəm və buna hazıram. Əsas rəqib yoxdur, hamı rəqibdir. Bu, Olimpiya Oyunlarıdır, burada hər bir idmançı təhlükəlidir. Bu, dünya və ya Avropa çempionatı deyil, bu, Olimpiya Oyunlarıdır, bu, tamamilə başqa məvhumdur", - boksçu vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31