19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Federasiya prezidenti gənc basketbolçuları təltif etdi

İyulun 27-də Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi yeniyetmə oğlanlardan ibarət U18 və U16 milli yığmalarının üzvləri ilə görüş keçirib. Futbolxeber.az-ın federasiyanın saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov gənc basketbolçularımızı salamlayaraq milli komandalarımızı Avropa Çempionatlarında (C Divizionu) qazanılan yüksək nəticə ilə ürəkdən təbrik edib. Federasiya rəhbəri xüsusən aşağıdakıları qeyd edib: "U18 San Marinoda böyük uğur qazandı. Endər Poladxanlı isə yarışın ən dəyərli oyunçusu (MVP) və Avropa birinciliyinin simvolik beşliyinə seçildi. Eyni zamanda, ilk dəfə Avropa Çempionatına qatılan U16-nın gümüş medalını də qızıl kimi dəyərləndirirəm. Gənc basketbolçumuz Papuna Kirtadze yarışın ən dəyərli oyunçusu (MVP), komandanın iki oyunçusu Papuna Kirtadze və Saadettin Donat Avropa birinciliyinin simvolik beşliyinə seçiliblər. Bu onu göstərir ki, millimizin böyük potensalı var. Biz Federasiya olaraq 5, 7, 10 illik proqram üzrə işləyirik. İnanıram ki, bu komandaların oyunçuları 5 ildən sonra əsas yığma olaraq ölkəmizin şərəfini ləyaqətlə qoruyacaq".

Daha sonra Avropa Çempionatının qalibləri və gümüş mükafatçıları Federasiya rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30