16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Ermənistan yığması Bakıya gəlməkdən boyun qaçırdı

Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Futbolxeber.az saytının məlumatına görə, bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib: “Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır".

"Dəfələrlə deyib, yazıb, qeyd etmişik ki, Ermənistan yığmasının Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirakları ilə bağlı heç bir problem yoxdur. Amma yenə mətbuatdan oxuyuruq ki, gəlmək istəmirlər". Bunu isə "Report"a açıqlamasında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.

O bildirib ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov bu gün mövcud problemlə bağlı onunla, eləcə də gənclər və idman naziri Azad Rəhimovla əlaqə saxlayıb: "İlümjinov bizə dedi ki, Ermənistan tərəfi ilə söhbət edib. Guya Ermənistan Şahmat Federasiyasının da prezidenti olan Serj Sərkisyan komandanın Bakıya gəlməsinə etiraz etməyib, aparıcı şahmatçı Levon Aronyan da razı olub, amma digər şahmatçılar buna qarşı çıxıblar".

Əməliyyat Komitəsi rəhbərinin sözlərinə görə, K.İlümjinov Azərbaycan tərəfi ilə söhbətdə İsrailin olimpiadaya əsas heyətlə qatılma məsələsində irəliləyişin olduğunu da bildirib: "Hazırda 176 ölkədən 179 komanda Bakıya gələcəyini təsdiqləyib. Bu, rekord göstəricidir. Ermənistan da gəlsə, ölkələrin sayı 180 olacaq. FİDE-nin isə 189 üzvü var. Biz ali şahmat qurumuna köçürdüyümüz pul vasitəsilə imkanları olmayan ölkələrin olimpiadada təmsil olunmalarına şərait yaradırıq. Ermənistanın da olimpiadada təmsil olunması üçün kifayət qədər cəhd etmiş, müvafiq addımlar atmışıq. Lazım gəlsə, yenə səylərimizi əsirgəməyəcəyik. Gəlmək istəməsələr belə, olimpiadanı rekord sayda iştirakçı ilə yüksək səviyyədə keçirəcəyik".

Əlavə edək ki, şahmat olimpiadası 1-14 sentyabr tarixlərində keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30