23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Gənc basketbolçularımızdan tarixi uğur

San-Marinoda basketbol üzrə gənclər arasında Avropa çempionatının C divizionunda mübarizəyə yekun vurulub. Futbolxeber.az saytına Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Nurlan Hacıyevin verdiyi məlumata görə, turnirdə iştirak edən Azərbaycan millisi tarixi uğur qazanıb. Belə ki, finalda Andorra komandasıyla qarşılaşan 18 yaşadək basketbolçularımız qələbə qazanıblar. Həlledici görüşün əvvəlindən təşəbbüsü ələ alan millimiz 74:57 hesablı qələbəyə sevinib. Komandamızın heyətində 25 xal toplayan Ömər Əhmədzadə matçın ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, millimiz qrupda Andorra, Cəbəllütariq və Monako yığmalarıyla mübarizə aparıb. Cəbəllütariq və Monakonu məğlub edən Tahir Baxşıyevin komandası ilk turda məğlub olduqları andorralılardan finalda, eyni zamanda, revanş alıblar.

Əlavə edək ki, komandamızın üzvü Endər Poladxanlı turnirin ən yaxşı basketbolçusu seçilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30