19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Millimiz ikinci təlim-məşq toplanışına başladı

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqləri davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan ibarət Azərbaycanın əsas komandası 15 günlük hazırlıqda iştirak etmək üçün Qəbələyə yollanıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, Qəbələdə Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edir.

Etyen Bakro Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə hazırlıq barədə məlumat verib: "Hazırlıq planına əsasən ikinci təlim-məşq toplanışı 15 gün davam edəcək. Yığma üzvləriylə həm debüt, həm də çətin kombinasiyaların həlli üzrə çalışacayıq. Ümumilikdə millidə əhval-ruhiyyə yüksək səviyyədədir. Hazırlıq üçün yaxşı şərait yaradılıb. Qəbələdə şahmatçılar həm də idmanla məşğul olurlar. Avqustda yığmanın növbəti təlim-məşq toplanışı keçiriləcək".

Qeyd edək ki, avqustda Azərbaycan millisinin yoldaşlıq görüşündə iştirak etməsi üçün danışıqlar aparılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30