20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Ermənistan yığması Bakıya gəlməyəcək?

Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı hələlik yekun qərar verməyib. Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlama verib.

Bununla bağlı müzakirələrin getdiyini və bu səbəbdən sifariş ərizəsini göndərməyə tələsmədiklərini deyən Andreasyanın sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin”.

Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərini şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfi sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30