29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azərbaycan ağırlıqqaldıranları Olimpiadaya 2 lisenziyadan məhrum edilib

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyadan məhrum edilib. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya olunub. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31