19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

3 lider köynəyi və ən yaxşı komanda

Ölkəmizin "Synergy Baku" kontinental komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "Tour de Serbia" veloyarışında uğurlu çıxışını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, 21 kollektivin iştirak etdiyi yarışın 123,6 km-lik 3-cü mərhələsində "Synergy Baku"nun üzvü, bu gün 35 yaşı tamam olan Matey Müqerli 3 qat uğurla yadda qalıb.

Məsafəni 3 saat, 9 dəqiqə, 9 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 2 dəqiqə, 31 saniyə qabaqlamaqla solo-finiş edib və mərhələ qalibi olub. Bu isə velosipedçimizə ümumi təsnifatda 12 pillə irəliləməklə 1-ci yerə qalxmağa və lider köynəyini əyninə geyinməyə imkan yaradıb. Hazırda vaxt baxımından Müqerliyə ən yaxın velosipedçi İtaliyanın "Unieuro Wilier" komandasının üzvü Aleks Turrindir - o, təmsilçimizə 2 dəqiqə, 12 saniyə uduzur.

Bundan başqa, 3-cü mərhələnin gedişi zamanı aralıq finişlərində daha inamlı təsir bağışlayan Matey Müqerli ən yaxşı sprinterlərin mübarizəsində də lider köynəyini ələ keçirib.

3-cü mərhələ komandamızın digər üzvü Matiya Kvasinanın ən yaxşı dağ velosipedçilərinin mübarizəsində liderliyini və müvafiq köynəyi qoruması ilə də yadda qalıb. Komanda hesabında isə "Synergy Baku" ən yaxın izləyicisini 10 saniyə qabaqlamaqla 1-ci pillədədir. Bu gün keçiriləcək 4-cü mərhələdə velosipedçilər yarışın ən uzun məsafəsini qət edəcəkər - 191,4 km. 6 günlük yarışa iyunun 19-da yekun vurulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30