25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Olimpiya növləri üzrə Azərbaycan çempionatı davam edir

Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq, Azərbaycan Velosiped İdmanı Federasiyasının Olimpiya növləri üzrə müxtəlif yaş qrupları arasında ölkə çempionatı davam edir. Futbolxeber.az saytının məlumatına görə, bu gün gənc velosipedçilər Xızıda 132 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.

Məsafəni hamıdan tez qət edən 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçisi Mikayıl Səfərli 4 saat, 3 dəqiqə, 31 saniyə göstərici ilə 1-ci yeri tutub. "Lokomotiv" klubunun üzvü Kərim Şirəliyev çempiona 3 saniyə uduzmaqla 2-ci olub. İlk 3-lüyü isə 8 saylı Olimpiya İdman Məktəbinin digər velosipedçisi Maksim Naperstkov tamamlayıb - 4 saat, 4 dəqiqə.

Qeyd edək ki, Olimpiya növləri üzrə Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən tərtib olunan idmançıların reytinq siyahısında öz əksini tapır.

Gənclər arasında qrup ötüşməsi üzrə Azərbaycan çempionatı

132 km

1. Mikayıl Səfərli (8OEQİUGM) - 04:03:31

2. Kərim Şirəliyev (Lokomotiv) - 04:03:34

3. Maksim Naperstkov (8OEQİUGM) - 04:04:00




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30