19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Bu gün ABŞ-da Məhəmməd Əli ilə ikigünlük vida mərasimi başlayacaq

74 yaşında vəfat edən əfsanəvi boksçu Məhəmməd Əli ilə ikigünlük vida mərasimi  bu gün onun doğma şəhəri olan Luisvilldə cənazə namazının qılınması ilə başlayacaq. Futbolxeber.az saytının "Report"a istinanadən verdiyi məlumata görə, Məhəmməd Əlinin doğulduğu və böyüyüb başa çatdığı ABŞ-ın Kentukki ştatındakı Luisvill şəhəri tarixindəki ən mühüm hadisələrdən birinə hazırlaşır.

Əfsanəvi boksçunun pərəstişkarları idmançının doğulduğu və böyüdüyü evi ziyarət etməkdə davam edir.

Dəfn mərasimi yerli vaxtla saat 12:00-da başlayacaq.

İkinci dəfn mərasimi sabah Məhəmməd Əlinin ABŞ cəmiyyətinin müxtəlif təbəqələrindən olan pərəstişkarlarının iştirakı ilə keçiriləcək.

Mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktyorlar Uill Smit və Billi Kristal, eləcə də jurnalist Brayan Qambelin çıxış edəcəyi gözlənilir.

Mərasimin sonunda Məhəmməd Əlinin cənazəsi əvvəlcədən müəyyən olunmuş marşrut üzrə "Cave Hill" qəbirstanlığına aparılaraq, dəfn ediləcək.

Mərasimlər imam Zeyd Şakirin rəhbərliyi altında keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30