16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Samir Cəbrayılovun daha bir uğuru

Ukraynada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Grand Prix of İSD" yarışı Azərbaycanın U-23 yığması və "Synergy Baku" kontinental komandasının üzvü Samir Cəbrayılov üçün daha bir uğurlu nəticə ilə yadda qalıb. Futbolxeber.az saytının məlumatına görə, velosipedçimiz bu dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

153 km məsafəni Qazaxıstanın "Astana City" komandasının üzvü Nurbolat Kulimbekovla eyni vaxtda keçən Samir rəqibindən azacıq geri qalıb və 2-ci nəticə göstərib - 3 saat, 25 dəqiqə, 24 saniyə. Finiş xəttini 3-cü və 4-cü keçənlər də "Astana City" komandasının üzvləri olub.

Məlumat üçün bildirək ki, "Synergy Baku" bu yarışda U-23 yığma komandamızın 4 üzvü ilə təmsil olunub. Digər 3 velosipedçimizin nəticələrinə gəlincə, Elgün Əlizadə 8-ci, İsmayıl İlyasov 20-ci, Kənan Qəhrəmanlı 25-ci yeri tutub. Ümumilikdə isə yarışda 19 komandanın tərkibində 104 velosipedçi start xəttinə çıxıb ki, onlardan da 21-i mübarizəni yarımçıq dayandırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30