19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Şəmkirdə çempion “Şah” oldu!

Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” turnirində sonuncu - IX turun oyunları keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yekun tur təmsilçilərimiz üçün uğurla nəticələnib. Belə ki, milli komandamızın lideri Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Qiriyə qalib gələrək liderliyə yüksəlib.

Digər şahmatçılarımızdan Rauf Məmmədov çinli Hou Yifana, Eltac Səfərli isə Hindistan təmsilçisi Pentala Harikrişnaya qalib gəlib. Teymur Rəcəbov isə ənənəsinə sadiq qalaraq ukraynalı Pavel Elyanovla sülhə razılaşıb.

Son tura qədər turnirin lideri olan Fabiano Karuana isə Sergey Karyakinlə heç-heçə oynayaraq Şəhriyar Məmmədyarovla tay-brek oynamalı olub.

Liderlər arasındakı ilk iki partiya rapid matçı hərəyə bir qələbə ilə başa çatıb. Blits matçlarında isə millimizin lideri qalib gəlib - 2,5:1,5.

ShamkirChess 2016

IX tur

4 iyun

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Aniş Qiri (Hollandiya, 2790) - 1:0

Sergey Karyakin (Rusiya, 2779) - Fabiano Karuana (ABŞ 2804) - 0,5:0,5

Pentala Harikrişna (Hindistan, 2763) - Eltac Səfərli (Azərbaycan, 2664) - 0:1

Pavel Elyanov (Ukrayna, 2765) - Teymur Rəcəbov (Azərbaycan, 2726) - 0,5:0,5

Hou Yifan (Çin, 2663) - Rauf Məmmədov (Azərbaycan, 2655) - 0:1

Tay breklər

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) - Fabiano Karuana (ABŞ 2804) - 2,5:1,5 (1:1 iki partiya rapid, 1,5:0,5 iki partiya blits)

Yekun cədvəl: Məmmədyarov, Fabiano Karuana - 6; Qiri - 5,5; Karyakin - 5; Rauf Məmmədov - 4,5; Harikrişna, Rəcəbov, Səfərli - 4; Elyanov - 3,5; Hou Yifan - 2,5

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30