18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“İstəyirik ki, bu cür yarışların Azərbaycanda keçirilməsi daimi hal alsın”

Sabah Bakıda ilk dəfə olaraq “M-1 Challange 67” gecəsi baş tutacaq. Futbolxeber.az saytının məlumatına görə, bu gün "Odlar Yurdunda döyüş" adlanan yarışla bağlı mətbuat konfransı və çəkiölçmə mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov, Ümumdünya MMA Assosiasiyalarının prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Federasiyasının vitse-prezidentləri Maqsud Azadov, Ramil Məlikov, M-1 kəməri uğrunda döyüşəcək Artyom Damkovski, Aleksandr Butenko, eləcə də yenidən rinqə qayıdan azərbaycanlı idmançı Etiqad Atakişiyev iştirak edib.

Daha öncə Bakıya səfər etdiyini deyən V.Finkelşteyn paytaxtda ilk dəfə keçiriləcək yarışda R.Həsənovun rolundan danışıb. Bildirib ki, beynəlxalq qurumun Azərbaycanda tanıdığı yeganə rəsmi MMA federasiyası məhz bu federasiyadır: "Biz yalnız bu federasiyanı rəsmi olaraq tanıyırıq. Əvvəl müvəqqəti üzv idi. Ancaq bütün sənədlər təqdim olunub və bu səbəbdən Azərbaycan MMA Federasiyası daimi üzvümüzə çevrilib. İstəyirik ki, bu cür yarışların Azərbaycanda keçirilməsi daimi hal alsın və ən azı ildə iki dəfə keçirilsin".

M-1 döyüşünün 20 ildən artıqdır brend olduğunu vurğulayan R.Həsənov qeyri-olimpiya növlərinə verdiyi dəstəkdən dolayı ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib: "Ölkə prezidenti qeyri-olimpiya növlərinin inkişafı üçün böyük işlər görür. Bu səbəbdən prezidentə minnətdarıq. Hər kəs sabah keçiriləcək yarışı böyük maraqla gözləyir. İlk dəfədir ki, Azərbaycanda belə yarış keçirilir. Bizim 3 idmançımız rinqə çıxacaq və hər kəsi döyüşləri izləməyə dəvət edirəm".

Gecədə rinqə çıxacaq E.Atakişiyev tədbir iştirakçılarına maraqlı görüşün şahidi olacaqlarını bildirib və hər kəsi döyüşləri izləməyə dəvət edib: "Təbii ki, həyacan var. Özümü bu döyüşə tam hazır hiss edirəm. İnanıram ki, yadda qalan bir döyüş olacaq".

Kəmər uğrunda döyüşəcək A.Damkovski və A.Butenko isə döyüşə hazır olduqlarını, bunun üçün uzun müddətdir məşq etdiklərini bildiriblər. Onlar bu döyüşü "iki canavarın mübarizəsi" adlandırıblar.

Konfransdan sonra idmançıların rəsmi çəki mərasimi keçirilib.

Qeyd edək ki, döyüşlər iyunun 4-də Sərhədçi Olimpiya Kompleksində keçiriləcək və 18:30-da başlayacaq. Gecədə aşağıdakı döyüşçülər çıxış edəcək:

Orta çəkidə M-1 üzrə dünya çempionluğu uğrunda döyüş

Maqomed İdrisov - İvan Buxinger

Yüngül çəkidə M-1 üzrə dünya çempionluğu uğrunda görüş

Artyom Damkovski -Aleksandr Butenko

Marselo Brito - Şavkat Raxmanov

Gecənin əsas görüşləri

Etiqad Atakişiyev (Azərbaycan) - Adrian Peres (İspaniya)

Felipe Nsue (Ekvatorial Qvineya) - Taleh Nəcəfov (Azərbaycan)

Lazar Todev (Almaniya)- Zaur Hacıbabayev (Azərbaycan)

Mixail Sırbu (Moldova)- Zalimbeq Omarov (Ukrayna)

Yevgeniy Guryanov (Ukrayna) - Yevgeniy Myakinkin (Rusiya)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30