24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Azərbaycanlı şahmatçı: “AVRO-2016-da İngiltərənin çempion olmasını istəyirəm”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan Rauf Məmmədov nəticədən razı qaldığını deyib. Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz fikirlərini belə izah edib: "Karyakin dünya çempionluğuna iddialıdır. Sergey şahmat tacı uğrunda Maqnus Karlsenlə mübarizə aparacaq. Heç-heçə yaxşı nəticədir. Fikrimcə çox maraqlı oyun oldu. Üstünlük yox idi, amma aktiv mübarizə gedirdi. Belə də heç-heçəni yaxşı nəticə hesab edirəm. İstirahət günündən sonra Sergey kimi şahmatçıdan yarım xal almaq normaldır".

Rauf Məmmədov ShamkirChess2016 turnirinin təşkilatçılığı barədə danışaraq şəmkirlilərə təşəkkür edib: "Karyeramda iştirak etdiyim ən gözəl üç turnir Şəmkirlə bağlıdır. Ardıcıl üçüncü dəfə Şəmkirdəki yarışda mübarizə aparıram və bu yarışların hamısı təşkilatçılıq baxımından seçilir. Şəmkirlilərə təşəkkür edirəm, yarış zamanı bizləri tək qoymurlar. Növbəti illərdə də Şəmkirdə keçirilən yarışda iştirakçılar sırasında olmaq istərdim".

Azərbaycan yığmasının üzvü bir neçə gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında İngiltərə komandasına azarkeşlik edəcəyini də bildirdi: "Futbol azarkeşiyəm. Ona görə Avropa çempionatını yaxından izləyəcəm. Sözsüz ki, İngiltərənin çempion olmasını istəyirəm. Şanslar bütün komandalarda eynidir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30