25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Samir Cəbrayılov Ukraynada yenidən 3-cü oldu

Ukraynada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Ukraine" veloyürüşü start götürüb. Futbolxeber.az saytının məlumatına görə, 19 komandanın iştirak etdiyi 3 mərhələli yarışda Azərbaycanın "Synergy Baku" kontinental komandası da mübarizə aparır.

Yarışın 161,6 km-lik birinci mərhələsində komanda üzvlərimizdən ən yaxşı göstəriciyə Samir Cəbrayılov imza atıb - o, 3 saat, 54 dəqiqə, 32 saniyə nəticə ilə həm finiş xəttini 3-cü keçib, həm də yaşı 23-dək olan ən yaxşı gənc velosipedçi üçün nəzərdə tutulan köynəyi ələ keçirib.

Qeyd edək ki, "Synergy Baku" "Tour of Ukraine"da Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Elçin Əsədov, Samir Cəbrayılov, Aleksandr Surutkoviç və İsmayıl İlyasovdan ibarət heyətlə mübarizə aparır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30