24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Teymur Rəcəbov məğlubiyyətdən danışdı

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin V turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. Futbolxeber.az saytının məlumatına görə, partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Karuana güclü rəqibdir. Çətin partiya alındı. Debütdən sonra aşkar üstünlük hiss olunmurdu. Fiqurları dəyişəndən sonra oyun fərqli istiqamətdə inkişaf etməyə başladı. Ağlarla oynayan rəqibim düzgün gedişlərlə üstünlük qazandı və onu qələbəyə qədər davam etdirdi. Çıxış yolunu axtarsam da partiyada dönüş etmək mümkün olmadı".

Əslən italiyalı olan Fabiano Karuana isə Azərbaycan şahmatçısının səhv etdiyini bildirdi: "Qara fiqurların vəziyyəti o qədər pis deyildi. Amma səhv gedişdən sonra onları oyunu dəyişdi. Ağlar üstünlük qazandı. Qara fiqurlar üçün müdafiə olunmaq çətin oldu. Belə də şah fiqurunu əhatəyə almaq lazım gəldi. Sevinirəm ki, qələbə qazandım. Bu gün əldə olunan 1 xal istirahət gününə rahat yollanmağa imkan verəcək. Ümumilikdə turnirdəki vəziyyətimdən razıyam. Hər şey istədiyim kimi davam edir. Hazırda yekun nəticə haqda danışmaq tezdir. Sona 4 tur var. Hər şey dəyişə bilər. Əvvəlcədən söyləmişəm ki, Şəmkirdə qələbə qazanmaq istəyirəm. Ardıcıl üçüncü dəfədir bu yarışda iştirak edirəm. Nəhayət Şəmkiri qalib kimi başa vurmaq istəyirəm. Sabah təşkilatçılar tərəfindən futbol oynamaq təklifi almışam. Ona görə vaxtımı futbola həsr edəcəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30