25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Şəhriyar Məmmədyarov: "Raufu yaxın qohum hesab edirəm"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 turnirində V turun bir oyunu başa çatıb. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun görüşündə heç-heçə qeydə alınıb. 1 saat 40 dəqiqəlik mübarizənin yekununda tərəflər 30-cu gedişdə xalı yarı bölməyə razılaşıb.

Partiyadan sonra Şəhriyar Məmmədyarov həmyerlisinə qarşı oynamaqda çətinlik çəkdiyini bildirib: "Komanda yoldaşlarıma qarşı oynamaq çətindir. Rauf təkcə həmkarım deyil, həm də dostumdur. İnanın milli üzvləriylə çox vaxt birgə oluruq. Artıq onları yaxın qohumum hesab edirəm. Çünki, qohumlarımdan çox şahmatçı dostlarımı görürəm. Milli komandamız bu il çox mehribandır. Tez-tez bir-birimizə məsləhət veririk. Şahmatla bağlı sirr saxlamırıq. Raufa qarşı qələbəyə oynamaq mənim üçün asan deyil. Çünki, ona rəqib kimi baxmıram. Sözsüz, başqa yarışda qarşılaşsaydıq, qələbə lazım olsaydı bəlkə də heç-heçə olmazdı. İndiki halda oyunda üstünlük yox idi, ona görə də bərabərlik alındı.

Sabah istirahət günüdür. Dincəlmək istərdim. Ənənəvi futbol yarışı olarsa məmnuniyyətlə iştirak edəcəm".

Blits üzrə Avropa çempionu Rauf Məmmədov da həmkarının dedikləriylə razılaşıb: "Şəhriyarı çoxdan tanıyıram. Şəmkirdə ona qarşı xüsusi taktikayla oynamaq alınmadı. 2015-ci ildə burada çox maraqlı oyunumuz olmuşdu. İndiki halda heç-heçə oyuna görə oldu. Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var. Bəlkə də bu səbəbdən münasibətlərə üstünlük verilir. Mənim üçün başqa rəqibə qarşı oynamaq daha yaxşıdır. Uduzmaqdan qorxmuram. Lakin başqa rəqibə qarşı oynasaydım daha rahat mübarizə aparardım".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30