19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Elmaq Qasımov çempion oldu

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli cüdo üzrə “World Masters” turnirinə yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirin sonuncu günü də Azərbaycan millisi üçün uğurlu olub. Elmar Qasımov millimizin aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov mübarizəyə braziliyalı Lusiano Korreanı məğlub edərək başlayıb və ardınca əlcəzairli Layes Bouyakouba qalib gələrək yarım finala adlayıb. Yarımfinal qaşılaşmasında İsveç təmsilçisi Martin Pasek üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici qarşılaşmada idmançımız Fransa cüdoçusu Kirille Maretə qalib gələrək qızıl medal qazanıb.

Digər təmsilçilərimizdən Uşanqi Kokauri (+100 kq) 5-ci, Məmmədəli Mehdiyev turnirdə 7-ci olub.

Elxan Məmmədov isə mübarizəni erkən dayandırıb.

Bununla da, Azərbaycan milli komandası “World Masters” turnirini 2 qızıl və 2 bürünc medal qazanaraq komanda hesabında ikinci olaraq başa vurub.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunurdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30