20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Samir Cəbrayılov Ukraynada 3-cü oldu

Ukraynanın paytaxtı Kiyevdə "Horizon Park" yürüşləri çərçivəsində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yarışlar silsiləsi start götürüb. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın "Synergy Baku" kontinental komandasının da iştirak etdiyi bu yürüşlərin ilk günü təmsilçilərimiz üçün uğurlu alınıb.

"Sülh naminə Horizon Park yürüşü" adlanan ilk yarış günündə 25 komandanın tərkibində yer alan 150 iştirakçı 16 km-lik dairəvi marşrut boyunca 10 dövrə vurublar. Yarışın ilk dövrəsindən etibarən liderlər qrupunda qəraralaşan velosipedçimiz Samir Cəbrayılov qarşıya qoyulan taktikanın öhdəsindən mərahətlə gəlib və Ukraynanın "Kolss" komandasının üzvü Vitaliy Butsdan 8, Polşanın "Wibatech Fuji" klubunun təmsilçisi Yaçek Mojarkodan isə 5 saniyə geri qalmaqla finiş xəttini 3-cü keçib - 3 saat, 50 dəqiqə, 47 saniyə.

"Əvvəlcədən müəyyənləşdirmişdik ki, daim liderlər qrupunda qalım. Finişə az qalmış 2 rəqibim hücuma keçdi. Onları özümdən irəli buraxmamağa çalışsam da, ayağımda qıcolmalar başladı və bu səbəbdən də yalnız 3-cü oldum" - deyə, Samir Cəbrayılov AzVİF mətbuat xidmətinə verdiyi müsahibəsində bildirib.

Məlumat üçün onu da bildirək ki, start xəttinə çıxan 150 velosipedçidən yalnız 66-sı yürüşü başa vura bilib ki, onların da içərisində "Synergy Baku"nun digər üzvləri Elçin Əsədov, Aleksandr Surutkoviç, Ənvər Asanov, İsmayıl İlyasov və Elgün Əlizadə də var.

Yarış proqramına əsasən, mayın 28-də iştirakçılar Kiyevin mərkəzi küçələri ilə 1.2 kateqoriyalı "Horizon Park Race Maidan" yürüşündə mübarizə aparacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30