29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cüdoçularımızdan 1 qızıl, 1 bürünc medal

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə start verilib. Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirin ilk günüdə Azərbaycan millisinin iki üzvü tatami üzərinə çıxıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov yarışa 1/4 final mərhələsindən, türkiyəli idmaçı Bəkir Özlü üzərində qələbə qazanaraq başlayıb. Yarımfinalda Fransa cüdoçusu Valide Hyarı məğlub edən Səfərov adını finala yazdırıb. Həlledici görüşdə daha bir Fransa təmsilçisi - Vinsent Limare ilə qarşılaşıb. Final görüşündə inamla mübarizə aparan Orxan Səfərov rəqibini məğlub edərək qızıl medala sahib olub.

66 kq çəki dərəcində mübarizə aparan digər təmsilçimiz Nicat Şıxəlizadə mübarizəyə italiyalı Fabio Basileni məğlub edərək başlayıb. Lakin 1/4 finalda Monqolustan təmsilçisi Tumurxuleq Davadorja məğlub olaraq təsəlliverici görüşlərə qatılıb. Şıxəlizadə bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu Takayo üzərində qələbə qazanıb. Bürünc medal uğrunda görüşdə isə portuqaliyalı Sergiu Oleinikə qalib gələrək millimizin aktivinə ikinci medalı yazdırıb.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31