24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Teymur Rəcəbov: "Hou Yifan güclü şahmatçıdır"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Hou Yifanla bərabərə qalıb. Futbolxeber.az saytının məlumatına görə, ilk turda yarım xal qazanan Teymur Rəcəbov görüş haqda bunları deyib: "Mənim üçün fərqi yoxdur xanım rəqib və ya əksinə. Əsas odur ki, lazım olanda həlledici gedişi etmək lazımdır. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.

Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".

Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan isə söylədi ki, ilk turun nəticəsindən razıdır: "Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt deməmişəm ki, qadınların yarışında iştirak etməyəcəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30