19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fariz Məmmədov: “Qəbələ” klubu güclü idmançıların yetişməsi üçün böyük işlər görür”

Nərimanov Rayon İcra Hakimiyyətində tələbələr və rayon gəncləri ilə Azərbaycanın bir qrup tanınmış idmançısının görüşü keçirilib. Futbolxeber.az saytının məlumatına görə, görüşdə peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov, karate üzrə dünya çempionu Niyazı Əliyev, uşu-sanda üzrə dünya çempionu Ramin Allahverdiyev iştirak edib.

İdmançılar görüşdə çıxış ediblər, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Onlar daha çox vətənpərvərlik mövzusunda fikirlərini bölüşüblər.

F.Məmmədov çıxışında fəaliyyət göstərdiyi “Qəbələ” İdman Klubu haqda da danışıb: “Qəbələ” idman klubu dövlətini, millətini sevən bir klubdur. Bu gün bu klubda minlərlə gənc sağlam həyat tərzi sürür. “Qəbələ” klubu Azərbaycanda sağlam, savadlı, məntiqli və güclü idmançıların yetişməsi istiqamətində böyük işlər görür”.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30