19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

"Formula-1"ə dəstək yarışları

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə rayon birincilikləri davam edir. Futbolxeber.az saytının məlumatına görə, əsas məqsəd mayın 25-nə planlaşdırılan final mərhələsinə vəsiqə qazanacaq komandaları müəyyənləşdirməkdir.

Mayın 19-da Veloparkda daha 2 rayonun - Səbail və Qaradağ rayonlarının orta məktəbləri arasında ən güclülər müəyyənləşib. Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə 800 metr məsafəyə mübarizə aparıblar. Səbail rayonunun məktəbləri arasında birinci yerə 132/134 saylı birləşmiş məktəbin komandası layiq görülüb. 239 və 236 saylı məktəblər isə müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qaradağ rayonunun məktəbliləri arasında ən yüksək nəticəyə 233 saylı məktəbin komandası imza atıb. 253 saylı məktəb 2-ci, 288 saylı məktəb isə 3-cü olub. İlk 3 yeri tutan kollektivlər diplom və kubokla mükafatlandırılmaqla yanaşı, mayın 25-də keçiriləcək final mərhələsinə də vəsiqə qazanıblar.




Ad: Zamanova Hecer;   E-mail: [email protected]

28.05.2016 18:00

bizim yariw 233 yekk)))
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30