20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Formula 1” üçün daha bir sponsor

Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) “Milla” brendi Azərbaycanda Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib.

BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin başçısı Bülənt Özərdim və AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına dair razılığa gəldilər.

Tədbirdə çıxış edən BŞH rəsmisi Çingiz Mehdiyev əməkdaşlığa görə “Milla” brendi rəhbərliyinə öz təşəkkürünü bildirdi: “Öz məhsulları ilə bu yay Bakıda baş tutacaq möhtəşəm yarışda əhəmiyyətli rol oynayan marşallar komandasına verdiyi dəstəyə görə Milla şirkətinə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu əməkdaşlıq yarışın yüksək əhval-ruhiyyədə keçməsinə öz töhfəsini verəcək”.

AQQ-nin baş meneceri Filip Rayt çıxışında bu əməkdaşlıqdan böyük qürur duyduğunu bildirdi: “Bu il Bakı möhtəşəm yarışa ev sahibliyi edir. Belə bir əlamətdar məqamda məhsullarımızla yarışın marşallarına dəstək göstərmək fürsətinə sahib olduğumuz üçün olduqca şadıq.”

Qeyd edək ki, Azərbaycan Qida və Qablaşdırma Şirkəti 2011-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətin “Milla” brendi istehlakçılara lokal qaydada istehsal edilən yüksək keyfiyyətli süd məhsulları təklif edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30