24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbər heyəti arasında Respublika Velotrekində görüş keçirilib. Görüş zamanı federasiya ilə ali təhsil ocağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Futbolxeber.az saytının məlumatına görə, akademiyanın Tədris və Elmi İşlər üzrə prorektoru Təhminə Tağızadə və Beynəlxalq Əlaqələr üzrə müşaviri Şəmsiyyə Mustafayeva təhsil müəssisəsinin rektoru Fuad Hacıyevin tapşırığı əsasında ixtisaslı kadrların yetişdirilməsi üçün idman federasiyaları ilə əməkdaşlıq prosesinə start verildiyini bildiriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov görüləcək işlərin böyük səmərə verəcəyini deyib və qonaqları yenidən qurulmuş Respublika Velotrekində idmançılar üçün yaradılan şəraitlə tanış edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30