29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Formula 1”ə görə yollar bağlanır

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır.

Bu səbəbdən Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindən başlayaraq, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinə qədər olan hissə mayın 14-ü saat 20:00-dan etibarən mayın 15-i səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Əməliyyat şirkəti şəhər sakinlərindən xahiş edir ki, iş prosesi ərzində bu küçədə avtomobillərini saxlamasınlar. Əks halda işin gedişatına mane olan avtomobillər ərazidə olan Dövlət Yol Polisi əməkdaşlarının göstərişi ilə evakuasiya olunacaqlar.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31