29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına geri sayım başlayıb

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına geri sayım başlayıb. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu münasibətlə Dənizkənarı Milli Parkda idman tədbiri keçirilib.

Tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının I vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, islam dövlətlərinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak edib.

Qonaqlara ilk olaraq aktyorlar tərəfindən islam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirilib. Daha sonra IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq idman növlərinin təqdimatı olub. Bununla da IV İslam Həmrəyliyi Oyunlarının Bakıda start götürməsinə geriyə sayım başlayıb.

Qeyd edək ki, Oyunlar gələn il 12 - 22 mayda keçiriləcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31