29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Qəbələ” atıcılarından iki medal

“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları keçirilir. Futbolxeber.az saytının məlumatına görə, Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil olunan turnirdə 5 dəst medalın sahibi müəyyənləşib. Azərbaycan idmançıları bu yarışda 4 medal qazanıblar. Bu mükafatlardan ikisi “Qəbələ” klubunun idmançılarının hesabındadır. Gənc oğlanlar arasında səngər stendi yarışında bütün medalları Azərbaycan yığmasının üzvləri qazanıblar. “Qəbələ”nin stend atıcısı İsmət Sərkərov 2-ci yeri tutaraq gümüş medala yiyələnib. Bu növdə qızıla Əlimirzə Quliyev, bürüncə Mirmömin Ağazadə sahib çıxıb. Qadınların bu gün keçirilən dairəvi stend yarışında təmsilçilərimiz daha bir medal əldə edib. Klubun idmançısı Nurlana Cəfərova yığmamızın hesabına gümüş medal qazandırıb. O, bu növdə 83 xal toplamaqla buna nail olub.

Qeyd edək ki, mayın 6-16-da Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən turnirdə 26 idmançı ilə təmsil olunan ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-dən 100-ə yaxın atıcı qüvvəsini sınayır.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31