28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Formula 1"ə görə yollar bağlanır

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında "Formula 1"ə dəstək yarışlarından olan GP2 yarışları da keçiriləcək.

Hökümət Evinin arxa tərəfində Bakıda "Formula 1" üzrə Avropa Qran-Prisi ərəfəsində keçiriləcək yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib. Bu səbəbdən Üzeyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.

Bundan başqa Bakı Şəhər Halqası trek boyunca təhlükəsizlik baryerləri quraşdırılması səbəbindən sakinlərə müraciət edib. Müraciətdə Halqanın keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillərin iş prosesini ləngitdiyini, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəllədiyi bildirilir. Bu səbəbdən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti əhalidən A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobillərinizi saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.

Qeyd edək ki, "Formula 1" üzrə Avropa Qran Prisi 17-19 iyunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31