19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakıdakı Formula 1 trası iyunun 16-da istismara veriləcək

Bu gün Bakı Şəhər Halqasının tikinti üzrə meneceri Tomas Buçer və Halqanın memarı Herman Tilkenin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinə həsr olunmuş tədbirdə H.Tilke görüləcək işlərin çox olduğunu bildirib.

O, Avropa Qran Prisinin möhtəşəm və uğurlu keçəcəyinə inandığını deyib: "Möhtəşəm tədbirin keçirilməsinə 5 həftə qalıb. Buna baxmayaraq görəcəyimiz işlər çoxdur. İnanıram ki, Formula 1 yarışı möhtəşəm və uğurlu şəkildə baş tutacaq. Əlimizdən gələni edəcəyik ki, bu Qran Pri unudulmaz tədbirə çevrilsin. Bütün işlər vaxtında və plana uyğun gedir. Şübhə etmirəm ki, burada lazım olan şərait yaradılacaq və hər şey vaxtında hazır olacaq. Bu işdə əməyi olan hər kəs üzərinə düşən işləri lazımınca yerinə yetirir. Trekin hazırlanma prosesini hamımız görmüşük. Bakıdakı nəqliyyatı nəzərə alaraq, yol kənarındakı beton blokların qoyulması və hasarların çəkilməsi işləri gedir. Bu proses gecələr aparılır".

Memar trasla bağlı bir neçə pilotla söhbət etdiklərini və təhlükəsizliklə bağlı heç bir problemin olmayacağını söyləyib: "Bəzi pilotlarla söhbətim olub. Onlar səbirsizliklə Bakıya gələcəkləri tarixi gözləyirlər və trasla bağlı heç bir problemlər yoxdur. Təhlükəsizliklə əlaqədar ən son standartlar tətbiq olunur. Artıq 1 ildir işlərə start verilib və lazımi istiqamətdə gedir. Sərt döngələrə gəlincə, burada xüsusi təhlükəsizlik baryerlərindən istifadə edəcəyik. Həmin baryerlər ABŞ-dan gətirilib və artıq digər məkanlarda istifadə edilərək, sınaqdan keçirilib. Onlar dar bucaqlı yerlərdə istifadə olunur. Həmçinin, Fransada Le Man yürüşündə bu baryerlərdən istifadə ediləcək. Bütün təhlükəsizlik məsələləri müzakirə edilib və bu barədə pilotların da məlumatı var. Marşallarla bağlı hər hansı narahatlıq doğuran məsələ yoxdur. Bu məsələdə Bəhreyn Avtomobil Federasiyası ilə əməkdaşlığımız var və onlar bizə çox kömək edirlər. Bu səbəbdən, bizim marşallar təlim keçmişlər olacaq".

H.Tilke trasın təhlükəli Qala Qapısı hissəsində baş verə biləcək hər hansı bir qəzaya müdaxilələrdən danışıb: "Bu hissə yarışmanı daha maraqlı edir və dünya miqyasında fərqləndirir. Yarışda da ən yaxşı pilotlar olacaq ki, onlar bu yerdən keçməyi bacaracaqlar. Qəzaya gəlincə, hər hansı ərazidə xoşagəlməz hadisə yaşanarsa, bizim marşallar işin öhdəsindən gəlməyə qadirdirlər".

O, gələcək yarışlarda yeni trasların hazırlanması haqda da məlumat verib: "Biz istəməzdik ki, hansısa döngələri köçürək və istifadə edək. Bizə hər hansı yeni tras təklifi veriləndə çalışırıq ki, ondan yeni döngələr yaradaq. Bakı trası ilə bağlı isə 3 variantdan seçilərək, hazırkı trasın hazırlanmasına qərar verildi. Əsas meyar Bakının gözəl, görkəmli yerlərinin nümayiş etdirilməsi və trasın mürəkkəb olması idi. Qəmbər daşlarının örtülməsinə gəlincə, biz bu cür təcrübədən istifadə etməmişdik. Bununla bağlı müzakirələr apardıq və qərar verdik ki, onu xüsusi örtüklə örtək. Ən əsası odur ki, həmin əraziya asfalt qatı heç bir zərər yetirməyəcək. Digər treklərlə müqayisədə Bakı treki mənim daha xoşuma gəlir".

"İyunun 16-sı səhər saatlarında trası istismara verəcəyik və hər kəs canlı görə biləcək. Bu müddətədək orada bəzi işlər görüləcək. Şəhər treki sakinlərə problem yaratmamaq üçün yarış ərəfəsində istifadəyə veriləcək. Beton bloklar sona qədər qoyulmayıb. Bura küçələrin kəsişmə nöqtəsi, mağazaların önü, evlərin qarşısı daxildir. Bunlar da əhalini daha çox narahat etməmək üçündür" - deyə, T.Buçer bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30