29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Formula 1: Pilotlar Avropa Qran Prisini səbirsizliklə gözləyirlər

Dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.

Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən,  ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:

Luis Hamilton: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.

Niko Rosberq: “Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq”. 

Daniel Rikkardo: “Bu yarış (Avropa Qran Prisi) yeni bir macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram”.

Valtteri Bottas: “Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm”.

Niko Hulkenberq: Mən yarışların şəhər treklərində keçirilməsini alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır”.

Fernando Alonso: “Bu trek həddindən artıq sürət yığmağa imkan verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir”.

Formula 1 pilotlarının bu il keçiriləcək Avropa Qran Prisi haqqında fikirlərinin tam video yazısını aşağıdakı keçiddən izləyə bilərsiniz:

www.bakucitycircuit.com/media/video

BŞH-nın icraçı direktoru Arif Rəhimov pilotların iyunda baş tutacaq Bakı Şəhər Halqası barədə fikirlərini belə şərh edib: “Ölkəmizdə ilk dəfə keçiriləcək Formula 1 yarışı haqqında dünyanın ən məşhur pilotlarının müsbət rəylərini və xoş arzularını eşitmək mənim üçün çox qürurvericidir. Eyni zamanda bu, mənə və komandamızın digər üzvlərinə ölkəmizdə baş tutacaq möhtəşəm idman yarışının həcminin, miqyasının və əhəmiyyətinin nə dərəcədə böyük olduğunu bir daha xatırladır. Pilotlara gəldikdə isə biz onlara bir daha öz təşəkkürümüzü bildiririk, onları Bakıya gəlməyə və mövsümün ən yaxşı Formula 1 yarış həftəsonuna hazır olmağa səsləyirik”. 

Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-cı il Formula 1 Avropa Qran Prisi çərçivəsində təşkil ediləcək konsertlərin əsas ifaçıları olacaqlar

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams, Avropa Qran Prisi ərəfəsində təşkil olunacaq musiqili tədbirlərin əsas ifaçıları olacaqlar. İyunun 17-i, cümə günü axşam saatlarından başlayaraq bu üç dünyaca məşhur ifaçı Dənizkənarı Parkda yerləşən Formula 1 Şəhərciyində xüsusi olaraq qurulacaq əsas səhnədə müvafiq ardıcıllıqla axşam saatlarında çıxış edəcək.

Belə ki, cümə günü axşam Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə əyləncə proqramına start verəcək. Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. Və nəhayət, bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq.

Qeyd edək ki, sadəcə cümə gününə bileti alanlar ancaq Kris Braunun konsertində, üç günlük bilet sahibləri isə bütün konsertlərdə iştirak edə biləcəklər.  Bununla yanaşı üç günlük bilet sahibləri eksklyuziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində Bakının füsünkar dənizkənarı bulvarı boyunca salınmış əyləncə zonasında keçiriləcək müxtəlif əyləncəli tədbirlərə qatıla biləcəklə.

2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlərin satışı davam edir!

Bakıda keçiriləcək Avropa Qran Prisinə iki aydan az müddətin qaldığı ərəfədə biletlərin satışı BŞH-nın rəsmi saytında və paytaxtda fəaliyyət göstərən Formula 1 bilet satışı məntəqələrində davam edir. Bilet almaq, viza üçün müraciət etmək və Bakıya səfəri əvvəlcədən planlaşdırmaq barədə ətraflı məlumat əldə etmək üçün bu səhifəyə baş çəkə bilərsiniz: www.bakucitycircuit.com




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31