19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Sahib Ələkbərov: “Bu, Azərbaycanın qələbəsidir”

“Əvvəlcə yarışı yüksək səviyyədə işıqlandırdığına görə mətbuat nümayəndələrinə təşəkkür edirəm. Komandamızın qazandığı uğurda media işçilərinin də də rolu var”. Futbolxeber.az saytının məlumatına görə, məlumatına görə, bu sözləri "Tour d’Azerbaidjan-2016" veloturunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

“Tour d’Azerbaidjan-2016"nın yekunu ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Sahib Ələkbərov komanda hesabında ardıcıl ikinci il qalib olan “Synergy Baku”nun uğurunu yüksək dəyərləndirib: “Bu, Azərbaycanın qələbəsidir. Yarış gərgin mübarizə şəraitində keçdi. Dünyanın bir çox ölkələrindən olan komandalar turnirdə mübarizə aparırdı. Azərbaycan artıq böyük tədbirlərə ev sahibliyi etməyə öyrəşib. Cənab Prezidentimiz İlham Əliyevin dəstəyini qeyd etmək istərdim. Dövlət başçımız daim idmana böyük qayğı göstərir. Təsadüfi deyil ki, velosiped yarışları dünyanın çox az sayda ölkəsində keçirilir. Azərbaycan bu baxımdan hər hansı problem yaşamır. Yerində ortaya çıxan kiçik problemləri də dərhal həll edirdik”. 

Sahib Ələkbərov gələcəkdə “Tour d`Azerbaidjan”ın mərhələlərinin sayının artırıla biləcəyini istisma etməyib: “Ağsu aşırımı demək olar ki, hazırdır. Orada müəyyən qədər yolda təmir aparılır. Əgər gələn ilə kimi işlər yekunlaşsa, mərhələlərdə dəyişiklik ola bilər. Biz yarışın daha maraqlı, daha gərgin olmasının tərəfdarıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30