25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Böyük dəbilqə”də son gün: İkinci mərhələdə 4 cüdoçumuz mübarizə aparacaq

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulacaq. Futbolxeber.az saytının məlumatına görə, son gündə 10 kişi idmançımız mübarizə aparır.

90 kq

Bu çəkidə Tural Səfquliyev ilk mərhələdə mərakeşli İmad Abdallaouini məğlub edib. Cüdoçumuzun növbəti rəqibi monqolustanlı Altabaqana Qantulqadır.

Birinci mərhələdən azad olan Məmmədəli Mehdiyevin rəqibi Saed Moradi (İran) - Hatem Abdel Akper (Misir) cütünün qalibi olub. Təmsilçimiz misirli cüdoçu ilə qarşılaşacaq.

Firudin Dadaşov isə ilk mərhələdəcə almaniyalı Mark Odenthala uduzub.

100 kq

Bu çəkidə artıq 3 idmançımız mübarizəni dayandırıb. Cəlil Şükürov macar Miklos Cirjeniksə, Zelim Kotsoiev Böyük Britaniyalı Benjamin Fletçerə, Kənan Əbdülxanlı isə xorvat Kumriç Zlatkoya uduzub.

Əsas medal ümidlərimizdən olan Elxan Məmmədov mübarizəyə ikinci mərhələdən qoşulacaq. Onun rəqibi BƏƏ-ni təmsil edən İvan Remarenkonu məğlub edən gürcü Beka Gviniaşvilidir.

100+ kq

Ən ağır çəkidə Ayxan Cəfərov rusiyalı Andrey Volkova, Nadir Hüseynov isə braziliyalı David Mouraya uduzub. Digər medal ümidimiz Uşanqi Kokauri ilk mərhələdə belçikalı Benjamin Harmegniesi üstələyib. Kokaurinin növbəti rəqibi ukraynalı Lakim Xammodur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30