25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Sadıq Sadıqov: “Cüdo futboldan çətindir” (MÜSAHIBƏ)

Cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun Futbolxeber.az saytına müsahibəsi

- Bu gün Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verildi. Əvvəlcə turnir barədə fikirlərinizi öyrənmək istərdik.

- Bir müddət əvvəl cüdu federasiyasında dəyişiklik olmuşdu. 4 aydır ki, federasiyaya Rövnəq Abdullayev rəhbərlik edir. Onun gəlişindən sonra yeni heyət yığıldı. Milli komanda bir ailə kimi formalaşıb. Bu turnir yeni federasiya rəhbərliyinin təşkilatçılığı ilə keçirilən ilk böyük turnirdir. Özü də Ulu Öndərimizin adı ilə bağlıdır. Bu yarışın məsuliyyətini dərk edirik.

- Milli komandamız ilk gündə yalnız 1 medal qazandı. Yəqin ki, bu nəticə sizi qane edə bilməz...

- Bildiyiniz kimi, artıq 6 çəkidə olimpiadaya lisenziya qazanmışıq. Bununla belə, Bakıdakı turnirə hər çəkidə 4 idmançı ilə qatıldıq. Bu gün Orxan və İlqar Müşkiyevdən çox şey gözləyirdik. Lakin onlar uğursuzluqla üzləşdilər. İdmanda belə hallar olur. Kazanda baş tutan Avropa çempionatında Orxan və İlqar güclü idmançılarla qarşı inamlı çıxış etmişdilər. Bu gün 1 medal qazandıq. Sabah da idmançılarımızdan medallar gözləyirik.

- Hansı idmançılardan medal gözləyirsiz?

- Uşaqların hər birinə inanıram. Amma idmanda bəxt də lazımdı. Konkret ad çəkməyimi istəyirsinizsə, 100 kq-da Elxan Məmmədova böyük ümidimiz var.

- Paralimpiyaçılarımızla bağlı vəziyyət nə yerdədir?

- Onları da daim diqqətdə saxlayırıq. Yığma üzvlərinin əksəri həm də mənim rəhbərlik etdiyim “Neftçi” Idman Klubunun üzvləridir. Artıq olimpiadaya onlar 9 lisenziya qazanıblar. Əsas ümidimiz İlham Zəkiyevədir. O, bizim xilaskarımızdır.

- Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri “Böyük dəbilqə” turnirinin hazırlığından razıdırlar?

- Hələ ki, ilk gündə ciddi problemlə üzləşməmişik. Düzdür, bəzi texniki qüsurlar oldu. 79 ölkədən idmançıların qatıldığı turnirdir və hazırkı durumu qənaətbəxş hesab etmək olar. Qarşıdakı 2 gündə də əlimizdən gələni edəcəyik ki, razı qalsınlar.

- Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sabah Bakıya gələcək. Onun Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulubmu?

- Bəli, belə bir görüş olacaq. Planda digər görüşlər də var. Bundan başqa, Vizer yarışların gedişatını da yaxından izləyəcək.

- Uzun illər futbolda çalışdınız, bu gün isə cüdodasız. Hansı daha çətindir?

- Dünən bu sualı özüm özümə də verdim. Əvvəl düşünürdüm ki, cüdo asan olar. Çünki biz vaxtı ilə Avroliqanın qrupunda çıxış etmişik. Amma cüdoda qaydalar tam fərqlidi. Bu iş daha məsuliyyətlidir. Cüdoda hər işin öz standartı var. Qaydalardan 1 addım belə, kənara çıxmaq olmaz.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30