25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Qusyatnikov “Tour d`Azerbaijan” haqda: "Təşkilatçılıq yüksək səviyyədədir”

“Bu haqda çoxlarına demişəm. Bir daha təkrar edirəm ki, “Tour d`Azerbaijan”ın təşkilatçılığı olduqca yüksək səviyyədədir”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov deyib.

O, qeyd edib ki, Azərbaycanda artıq dünya turunu qəbul etməyə hazırdır: “Bu regionda dünya turununun olması vacibdir. Bunun üçün bir qədər təhlükəsizlik tədbirləri artırılmalıdır. Hazırda da ciddi bir problem yoxdur. Sadəcə olaraq, dünya turunun tələbləri çox sərtdir. Dünya turunda elit idmançılar iştirak edir”.

Qusyatnikov qeyd edib ki, ölkə və Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi Azərbaycan veloidmanın inkişafı üçün böyük işlər görür: “Buna görə onlara dərin təşəkkürümü bildirirəm”.

Sonda Aleksandr Qusyatnikov Rio-2016-ya vəsiqə qazanan Azərbaycan velosipedçisi Maksim Averinin şansları haqda da danışıb: “Orada trass çox çətindir. Təkcə Averin yox, bütün idmançılar üçün çətin olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30