20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Tour d’Azerbaijan-2016”: ilk mərhələnin qalibləri müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2016” veloyürüşünə bu gün start verilib. Futbolxeber.az saytının məlumatına görə, 19 ölkədən 21 komandanı mübarizə apardığı yarışa Bayraq Meydanında start verilib. 154 km məsafə qət edən idmançılar finişə birinci çatıblar.

Məsafəni hamıdan tez başa vuran Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Fil Bauhauz 3 saat, 34 dəqiqə, 19 saniyə göstərici ilə mərhələ qalibi olub. ABŞ-ın "İlluminate" komandasını üzvü Skott Sanderlend və Birləşmiş Ərəb Əmirliklərinin "Nəsr Dubay" klubunun nümayəndəsi Luka Vakerman müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. Azərbaycanın "Synergy Baku" komandasının üzvləri Yannis Tamuridis, Maksim Averin, Matey Müqerli, Matiya Kvasina, Kiril Pozdnyakov və Elçin Əsədov da mərhələni ilk pelotonda başa vurublar. Fotofinişə əsasən ən yüksək göstərici Yannis Tamuridisə məxsusdur - 5-ci yer.

Mərhələni qalib kimi başa vuran "Bora-Argon 18"in üzvü Fil Bauhauz bununla ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini ələ keçirib. O həm də ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR, eyni zamanda ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyinə də sahib çıxıb. Ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL" köynəyini isə Malayziyanın "Terengganu" klubunun üzvü Saleh Mohd Zamri əldə edib. Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təqdim ediblər.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar saat 10:30-da Veloparkdan start götürməklə 186,5 km məsafə qət edəcəklər və İsmayıllıda finiş xəttini keçəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30