25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Azərbaycanlı dünya çempionu özünü asdı

Sambo üzrə dünya çempionu Əhəd Rəcəbli intihar edib. Apasport.az saytının “vesti.az”a istinadən məlumatına görə, sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş 51 yaşlı Rəcəbli ötən şənbə axşam saatlarında özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb. 
 
Bu haqda Sumqayıt şəhər polis idarəsindən məlumat verilib.
 
Bəzi məlumatlara görə, Rəcəbli intihardan öncə həyat yoldaşını mağazaya çörək dalınca göndərib. Xanımı qayıdana kimi veteran idmançı dünyasını dəyişib. 
 
12 il cüdo ilə məşğul olmuş Rəcəblinin son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi bildirilir. Faktla bağlı istintaq gedir.
 
Qeyd edək ki, əməkdar məşqçi olan Rəcəbli tanınmış idman nəslindəndir. Onun kiçik qardaşı Əhməd Rəcəbli Azərbaycanda cüdo məktəbinin əsasını qoyanlardandır. Rəcəbli tanınmış cüdoçu Elxan Rəcəblinin əmisidir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30