19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Formula-1”: Yeni bilet satışı məntəqələri açıldı

Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisinin biletlərinin satılacağı yeni məntəqələrin açılışı olub. Futbolxeber.az saytının məlumatına görə, bu barədə məlumatı apasport.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) veriblər.

Belə ki, “Park Bulvar” alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda - “28 Mall” və “Port Baku Mall” ticarət mərkəzləri, “F1 Əyləncə Zonası” və “Bakı Su İdmanı Sarayı”nda yeni bilet satışı məntəqələrinin açılışı olub. Bu məntəqələr hər gün fəaliyyət göstərəcəklər. 

Məlumat üçün bildirək ki, biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20-40 faizlik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar “Formula-1” Grand Prix of Europe və GP2 seriya yarışlarını izləməklə yanaşı, dənizkənarı bulvar ərazisində salınacaq “Formula-1” Şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsonu ərzində “Formula-1” Şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər.

Sadəcə cümə günü üçün bileti olanlar ancaq Braunun konsertində iştirak edə biləcək. Onunla yanaşı, digər iki müğənninin konsertində iştirak üçün üç günlük bileti əldə etmək tələb olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30