19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Synergy Baku”dan “ikiqat zərbə”

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə uğurlu çıxışını davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz bu gün keçirilən 4-cü mərhələdə kifayət qədər inamla yarışıb.

122 km-dən ibarət bu mərhələdə komandamızın üzvü Matiya Kvasina 3 saat, 17 dəqiqə, 32 saniyə nəticə göstərərək finişi 2-ci keçib. Bu isə velosipedçimizə birdən-birə 38 pillə irəliləməklə ümumi təsnifatda 1-ci yerə yüksəlməyə imkan verib. Bununla da yarış liderinin maykasını ələ keçirən Matiya Kvasina hazırda ən yaxın izləyicisi, ABŞ-ın "Trek Sagefredo" Dünya Turu komandasının üzvü Rikardo Zoydlu 19 saniyə qabaqlayır. “Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov mərhələni 12-ci yerdə bitirməklə ümumi təsnifatda 60-cı pillədən 12-ci yerə qalxıb, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 19-cu yerini qoruyub.

4-cü mərhələ həmçinin komandamızın vaxt göstəricisinə görə liderliyi yenidən ələ keçirməsi ilə yadda qalıb. İlk 2 mərhələdə hamını qabaqlayan, yalnız 3-cü mərhələdə Rusiyanın “Gazprom-Rusvelo” peşəkar kontinental komandasını özündən irəli buraxan “Synergy Baku” 4-cü mərhələdən sonra yenə ilk pilləyə qalxıb. Komandamızın ən yaxın izləyicisi, Sloveniyanın “Adria Mobil” kollektivi təmsilçimizə 3 dəqiqə, 6 saniyə uduzur.

Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçı kollektivlər 40 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir.

İştirakçılar arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30