26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Synergy Baku" Dünya Turu komandalarından öndə

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən "Tour of Croatia" veloyürüşündə mübarizə aparır. Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı 6 günlük yarışında Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir.

İştirakçılar arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var.

Yarışın 230 km-lik ilk mərhələsindəcə komanda hesabında vaxt göstəricisinə görə planetin ən güclü komandalarını qabaqlamaqla ilk pilləyə yüksələn "Synergy Baku", 240 km-dən ibarət 2-ci mərhələdə də üstünlüyünü qoruyub. Fərdi göstəricilərə gəlincə, birinci gün 9-cu olan Yannis Tamuridis, növbəti gün də komandamızın heyətində ən yaxşı nəticə göstərib - 11-ci yer. Ümumi təsnifatda velosipedçimiz hazırda lider köynəyinin sahibi Mark Kevendişə 16 saniyə uduzmaqla 8-cidir.

Ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin 19-cu mövqedə qərarlaşır. Yarışın yaşı 23-dək olan velosipedçilərinin mübarizəsində Samir Cəbrayılov 5-ci yerdədir. Bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar 191 km məsafə qət edəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30