20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Boksçularımızın Samsundakı qazancı: 5 lisenziya, 3 qızıl, 1 gümüş, 1 bürünc medal

Boksçularımız Samsun turnirini uğurla başa vurublar. Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu günü qadınlardan ibarət milli komandamızın üzvü Yana Alekseyevna final görüşünə çıxıb. Yarımfinalda olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi irlandiyalı Keti Teylora qalib gələrək Rio Olimpiya Oyunlarına vəsiqə qazanan boksçumuz həlledici görüşdə də uğurla çıxış edib. 60 kq çəki dəcəsində yarışan Yana Alekseyevna finalda italiyalı İrma Testanı məğlub edərək Olimpiya Təsnifat turnirinin qızıl medalını qazanıb.

64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor da turnirin qalibi olub. Yarımfinalda türkiyəli Batuhan Gözgeçi məğlub etdikdən sonra Rioya vəsiqəni təmin edən boksçumuz həlledici görüşdə litvalı Evaldas Petrauskasla qarşılaşıb. Döyüş idmançımızın qələbəsilə yekunlaşıb.

Samsun turnirində Abdulqadir Abdullayev də olipiadaya vəsiqə əldə edib. Boksçumuz 3-cü yer uğrunda Ukraynanı təmsil edən erməni Qevorq Manukyana qalib gəlib. Xatırladaq ki, Qevorq Manukyan Bakıda Avropa Oyunlarının finalında boksçumuzla görüşə çıxmaqdan imtina etmişdi.

Ən ağır çəki dərəcəsində yarışan milli komandamızın lideri Məhəmmədrəsul Məcidov da finala çıxmaqla olimpiyada lisenziyasına sahib olub. 91 kqdan artıq çəki dərəcəsində yarışan 2 qat dünya çempionumuz qızıl medal uğrunda görüşdə britaniyalı Yozef Coysla üz-üzə gəlib. Qarşılaşma rəqib boksçunun qələbəsilə başa çatıb.

Milli komandamızın digər üzvü Cavid Çələbiyev də Samsun turnirində olimpimpiadaya lisenziya qazanmaqla yanaşı, fəxri mükafat qazanıb. Bununla da boksçularımız Rio olimpiadasına 5 lisenziya, həmçinin 3 qızıl, bir gümüş və bir bürünc medal qazanıbalar. Xatırladaq ki, millimizin digər üzvləri - Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov son dünya çempionatında Rio Olimpiadasına lisenziya əldə ediblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30