19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Erməninin məğlub edən güləşçimiz çempion oldu

Serbiyanın Zrenyanin şəhərində keçirilən 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.

İkinci yarış günündə yığmamızın 2 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışıb.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burca, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio de Janeyro Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləşçilərimizin Olimpiya Oyunlarına qazandıqları 12-ci lisenziya olub.

Avropa təsnifat turnirinin finalında Cəbrayıl Həsənovun rəqibi Gürcüstan təmsilçisi Jakob Maxaraşvili olub. Bu görüşü də tam üstünlüklə qələbə ilə başa vuran Cəbrayıl turnirin qızıl medalına yiyələnib. Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan güləşçimiz rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal verməyib.

Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan İrina Netreba ilk görüşdə Çexiyadan Adela Hanzlickovanı üstələsə də, Rusiya təmsilçisi Anastasia Bratçikovaya uzudub və lisenziya şansını itirib. Ancaq güləşçimiz Yunanıstan təmsilçisi Aqoro Papavasileiou ilə bürünc medal uğrunda görüşə çıxıb. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib qalib olub, güləşçimiz yarışı 5-ci sırada tamamlayıb.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30