29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Qəbələ”nin üzvü qələbəsini Şəhidlərə həsr etdi

“MMA FIGHTING SERİES” seriya yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, ikinci yarış bu gün “Qafqaz Baku Sport Otel”də baş tutub. Turnir "Qəbələ" İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçirilib.

“MMA FIGHTING SERİES”də Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan idmançıları da qüvvələrini sınayıblar. 15 çəki üzrə baş tutan döyüşlərdə "Qəbələ" 3 idmançı ilə təmsil olunub.

66 kq çəki dərəcəsində Fuad Musayev "Şəmkir" döyüş klubunun üzvü Nərbala Atakişiyevə uduzub.

Nəriman Abbasov 70 kq çəki dərəcəsində İran idmançısı ("Caspian Tigers") Said Lobatini nokautla üstələyib. Abbasov qələbədən sonra qısa çıxış edib. “Qəbələ”nin üzvü qələbəsini Şəhidlərimizə həsr etdiyini bildirib. Abbasovun bu açıqlaması zalda böyük coşqu ilə qarşılanıb.

“Qəbələ”nin digər üzvü Hüseyn Əliyev isə 77 kiloqram çəki dərəcəsində Ukraynanın "Spartak" döyüş klubunun üzvü Maksim Şilonu məğlub edib.

Qeyd edək ki, “Qəbələ” klubunun vitse-prezidenti Faric Nəcəfov da döyüşləri izləyənlər arasında olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31