25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Daha 3 boksçumuz mərhələ adladı

Rio Olimpiya Oyunlarına lisenziya xarakterli Samsun turniri davam edir. Futbolxeber.az saytına Boks federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, artıq yarışların 4-cü günündən sonra növbəti mərhələyə adlayan daha 3 boksçumuz müəyyənləşib. Belə ki, 56 kq çəki dərəcəsndə döyüşən dünya çempionumuz Cavid Çələbiyev moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib. Rinqə çıxan digər boksçumuz 81 kq çəki dərəcəsində mübarizə aparan, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov olub. Gürcü əsilli rusiyalı boksçu Giorgi Kuşitaşvili ilə qarşılaşan Məmmədov qalib gəlib. 91 kq-da döyüşən Abdulkadir Abdullayev isə litvalı boksçu Tadas Tamasauskasla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, bu gün turnirin 5-ci günündə 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşır. Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla döyüşəcək. 64 kq çəkili kişilərin yarışında Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə üz-üzə gəlir. Yarımfinal uğrunda 81 kq-da Teymur Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da Abdulkadir Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə uğrunda italiyalı boksçu Quido Vianello ilə döyüşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30