19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

3 boksçumuz 1/4 finala yüksəldi

Türkiyənin Samsun şəhərində boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış davam edir. Futbolxeber.az saytına Boks federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirin 3-cü günündə rinqə 4 idmançımız çıxıb.

Qadınların yarışında 60 kq çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna türkiyəli rəqibi Gülsüm Tatarı məğlub edərək, növbəti mərhələyə adlayıb. Digər qadın boksçumuz, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova da türkiyəli boksçu ilə qarşılaşıb. Gərgin keçən döyüşdə Sema Çalışkan qələbə qazanıb.

Kişi boksçularımıza gəlincə, 64 kq çəki dərəcəsində döyüşən, Avropa Oyunlarının qalibi Lorenso Sotomayor irlandiyalı Din Volşla görüşdən qalib ayrılaraq növbəti mərhələyə adlayıb. Ən ağır çəkidə mübarizə aparan ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da irland boksçu ilə qarşılaşıb. Məcidov bu görüşdə qalib gələrək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, qalib gələn idmançılarımız 1/4 finala yüksəlib. Xatırladaq ki, yarış aprelin 17-də yekunlaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30